Bu günə olan məlumata görə, gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 1,6 milyard manat daxil olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu, rəhbərlik etdiyi qurumun büdcə proqnozundan 200 milyon manat, yəni təxminən 11% azdır.
A.Əliyev onu da bildirib ki, DGK “Tax-free” rejiminin bütün gömrük-keçid məntəqələrində tətbiqinə hazırdır: “Lazım olsa, biz bunu tətbiq edə bilərik”.
U.A.
www.oxu.az