Spot bazarda gümüşün qiyməti iki faizdən çox artaraq, bir unsiya üçün 57.86 dollara çatıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu, rekord qiymətdir.
Məlumata görə, gümüşün qiyməti ilin əvvəlindən bəri iki dəfədən çox artıb.
Mütəxəssislərin fikrincə, gümüş davamlı tədarük çatışmazlığı və Federal Ehtiyat Sisteminin ABŞ-yə faiz dərəcələrini azaldacağına dair artan gözləntiləri səbəbindən bahalaşır.