2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 10 000,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu göstəricidə 2014-cü ilin analoji dövrü ilə müqayisədə, 2,8 % çoxdur.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitə bildirir ki, külək elektrik stansiyalarında bu ilin ilk beş ayı ərzində 2,9 milyon kilovat-saat həcmində elektrik enerjisi istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 32% çoxdur.
Bundan əlavə, günəş elektrik stansiyalarından Azərbaycan 1,2 milyon kilovat-saat elektrik enerjisi əldə edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-may aylarında sayğac göstəriciləri əsasında, Azərbaycan 148 milyon 540.95 min kilovat-saat elektrik enerjisi ixrac edib.
Gömrük bəyannamələri əsasında isə, 8 milyon 322.44 min dollar dəyərində 140 milyon 803.81 min dollar dəyərində elektrik enerjisi satılıb.
Qeyd edək ki, Gürcüstan Milli Komitəsinin məlumatına görə, analoji dövrdə Gürcüstan Azərbaycandan 7 milyon 114.6 min dollar dəyərində, 101 694 min kilovat-saat elektrik enerjisi alıb. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 71 373 min kilovat-saat və ya 5 milyon 446,9 min dollar çoxdur.
Ülviyyə R. Əli
www.oxu.az