Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Oxu.Az-a bildirilib.
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 58 ədəd müxtəlif markalı mobil telefon və mobil telefonlara aid külli miqdarda aksessuar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ülviyyə R. Əli
www.oxu.az