2016-cı ilin noyabrında dövlət büdcəsindən İpoteka Fonduna ayrılan vəsaitlər əvvəlki illə müqayisədə 6,5% artıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, həmin ay ayrılan vəsait 4,9 milyon manat olub.
Mərkəzi Bankın statistikasından məlum olur ki, 2016-cı ilin ilk 2 ayında büdcədən İpoteka Fonduna vəsait ayrılmayıb. Ötən il Fonda ən çox vəsait martda ayrılıb - 11 milyon manat.
2005-ci ildən bu yana ən çox vəsait 2008-ci ildə verilib.
Həmin il İpoteka Fonduna büdcədən ayrılan vəsaitin məbləği 22 milyon manat, 2016-cı ilin noyabr ayında isə Fonda ayrılan vəsait ondan təxminən 4,1 dəfə az olub.
Qeyd edək ki, 2016-cı ilin may ayından banklar ipoteka krediti verməyib. Ötən il banklar vasitəsilə ən çox ipoteka krediti yanvarda verilib – 0,6 milyon manat. Bu da 2015-ci ilin sonu ilə müqayisədə 162 dəfə az olub. 2015-ci ilin sonunda isə banklar tərəfindən verilmiş ipoteka kreditlәri 97 milyon 200 min manat olub.
2016-ci ilin noyabr ayında İpoteka Fondu tərəfindən 0,6 milyon manat məbləğində vəsait ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə ayrılıb. Ötən ilin sonu ilə müqayisədə bu vəsait kifayət qədər az olub. Çünki 2015-ci ilin sonunda yenidən maliyyələşdirilmə üçün ayrılmış vəsait 113,6 milyon manat olub.
Onu da deyək ki, indi İpoteka Fondu qiymətli kağızlar bazarında öz istiqrazlarını yerləşdirir. Lakin 2016-cı ildə, ümumiyyətlə, bununla bağlı əməliyyat həyata keçirilməyib.
Xatırladaq ki, indi demək olar ki, bütün banklar fərdi ipoteka kreditlərini dayandırıb. Ancaq 3 bank müştərilərinə ipoteka kreditini aşağıdakı şərtlərlə verir:
|
| İllik faiz dərəcəsi | İlkin ödəniş | Məbləğ | Müddət |
| Accessbank | 24-25% | Mənzil qiymətinin minimum 20%-i həcmində | min.10 000 - max.150 000 | 24 ay |
| Dəmirbank | 16% | 25% | Min.10.000- Max.200000 | 10 il |
| Yapı Kredi Bank Azerbaijan | 16% | 30% | Min.15.000- Max. 75.000 | 1-5 il |
U.A.
www.oxu.az