2015-ci ilin yanvar-fevral ayları ərzində hava nəqliyyatı ilə 231 min və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3% çox şərnişin daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-fevral ayları üzrə hesabatında deyilir.
Komitənin məlumatında göstərilir ki, daşımanın 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü üzrə yükdaşıma 28% artaraq 16 min tona çatıb.