2017-ci ildə inşaat sektorunda əmlak alıcıları üçün yeni kampaniyalar hazırlanır. Bəzi layihələrdə mənzil qiymətləri aşağı salınır, bəzi layihələrdə ödəmə şərtlərində güzəştlər təqdim edilir.
Bu vəziyyəti fürsətə çevirmək və xəyallarındakı memarlıq üslubuna, yerləşmə məkanına, infrastruktura sahib kompleksdə mənzil sahibi olmaq istəyənlər həftəsonu inşaat şirkətlərinin satış ofislərinə baş çəkirlər.
Müasir dövrdə bazar iqtisadiyyatı durumunu nəzərə alaraq etibarlı şirkətdən mənzil əldə etmək çox ciddi məsələdir. Belə ki, etibarlı və şəffaf maliyyə sistemi olan inşaat şirkətləri şəhərdə az müşahidə olunur. Müqayisəli fərqi hiss etmək üçün Sizə şəhərin düz mərkəzində inşa edilmiş “Vurğun Residence” lahiyəsinin üstünlüklərini dəyərləndirmək məsləhət görülür.
Müasir üslubda inşa olunmuş “Vurğun Residence” layihəsi alıcılara yüksək keyfiyyət, müasir memarlıq üslubu ilə fərqli yaşam tərzi təklif edir. Kompleksin tikintisində Avropa standartlarına cavab verən yüksək keyfiyyətli materialların istifadəsi təmin edilmişdir. Belə ki, dağ bülluru, bazalt daşı, yüksək keyfiyyətli mərmər, ispan istehsalı keroma qranit, fin istehsalı olan “Kone” liftləri, alman istehsalı olan “Schuco” brendinin profilləri, “Sunguard” brendinin istehsalı olan 3 laylı steklopaket və türk istehsalı “Kale” qapıları və s. inşaat şirkətinin keyfiyyət anlayışının bariz nümunəsidir.
Sahiblərinə yalnızca mənzil deyil, yeni və fərqli bir yaşayış təqdim edən “Vurğun Residence” layihəsində fitnes zalı, hovuz, futbol və voleybol meydançaları, kafe və restoran, ofislər, şirniyyat evi, həyətyanı sahə və bir çox fərqliliklər təqdim edilir. Uşaqların da unudulmadığı bu layihədə balaca sakinlər üçün uşaq əyləncə mərkəzi, uşaq bağçası, məktəbəqədər hazırlıq kursları da yer alacaq.
“Vurğun Residence” Premium Yaşayış kompleksi mənzil sahibi olmaq istəyən müştərilərə məhdudiyyətsiz, istədikləri mənzili seçməklə ipoteka ilə mənzil sahibi olmaq fürsətini təmin edir.
20 il müddətinə, ilkin ödəniş minimum 10% olmaqla, əmlak bazarında hazır və təmirə verilmiş “Vurğun residence” yaşayış kompleksində məhdudiyyətsiz ipoteka imkanından yararlanmaqla mənzil əldə etmək mümkündür.