“Azərbaycan hökuməti inflyasiyanın əhaliyə mənfi təsirinin qarşısını almaq üçün proqram hazırlayır”.
Oxu.Az-a “İnterfaks”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.
“Hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ölkədə qiymət artımının qarşısının alınmasından ibarətdir”, - deyə Ə.Əhmədov qeyd edib.
O hesab edir ki, qiymət artımının Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yoxdur.
U.A.
www.oxu.az