Leninsk rayon məhkəməsinin hakimi Aleksey Vtyurin siyasətçi Aleksey Navalnıya şərti olaraq beş il cəza barədə hökm çıxarıb. İkinci müttəhim Petr Ofitserov şərti olaraq dörd il müddətinə şərti cəza verilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Hər bir müttəhimə 500 min rubl cərimə cəzası kəsilib. Məhkəmənin qərarı ittiham tərəfini tələb etdiyi cəzaya tam müvafiqdir.
Navalnı və Ofitserov “Kirovles”in rəhbərliyini satışa çıxardıqları malı aşağı qiymətə satmağa məcbur etməkdə, həmin malı yenidən satıb gəlir əldə etməyə çalışmaqda ittiham edilirlər.
N.O.
www.oxu.az