Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlanıb
2021-ci ilin fevralın 14-də təməli qoyulmuş Horadiz - Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 48%-i tamamlanıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.
Məlumata görə, ADY-nin işçi qatarları sözügedən dəmir yolu xəttinin Həkəri stansiyasına kimi hərəkət edə bilirlər.
Ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xətti üzrə doqquz stansiya, dəmir yollarının ən uzun - 23 aşırımlı, 771 metr uzunluğunda körpüsü, müstəqillik dövründə qapalı üsulla tikilən ilk dəmir yolu tuneli və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi həyata keçirilir.
Ən çox oxunanlar