Avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,3 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.
“2014-cü ilin avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,810 sığorta tələbi üzrə 2,301,798 manat məbləğində sığorta ödənişi həyata keçirilib”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az