“İcbari tibbi sığorta pilot layihə olaraq, 2017-ci ilin yanvar ayından etibarən 1 şəhər və 1 rayonda tətbiq ediləcək”.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta Dövlət Agentliyinin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.
“Yaxın vaxtlarda icbari sığortanın tətbiq olunacağı şəhər və rayonların adları ictimaiyyətə açıqlanacaq və bu sahədə fəaliyyət planı həyata keçiriləcək”, - deyə V.Qurbanov bildirib.
Ülviyyə R. Əli
www.oxu.az