İngiltərə Mərkəzi Bankı (BoE) bugünkü iclasında uçot dərəcəsini, gözlənildiyi kimi, 0,25%-dən 0,5%-ə yüksəldib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, BoE uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə artırıb.
BoE monetar stimullaşdırma proqramının həcmini dəyişməyərək, 435 mlrd. funt sterlinq (570 mlrd. dollar) həcmində saxlayıb.
Qərardan sonra funt sterlinq qlobal bazarda ucuzlaşmağa başlayıb, dollara qarşı məzənnəsi isə 1,33 USD/GBP səviyyəsindən 1,31 USD/GBP-yə düşüb.
L.Ə.