Sentyabr 8-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Oxu.Az fonda istinadən xəbər verir ki,istiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqust 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
L.Ə.