Bu ilin yanvar ayı üçün Azərbaycanın xarici əmtəə dövriyyəsinin 18,9%-i İtaliyanın payına düşür, bu isə 455 milyon dollar edir.
Oxu.Az bunu Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar ayı üçün xarici əmtəə dövriyyəsi üzrə hesabatında deyildiyini xəbər verir.
Hesabata müvafiq olaraq Azərbaycanın 2014-cü il yanvar ayı üçün xarici əmtəə dövriyyəsi 2,4 milyard (2405 952,46 min dollar) dollar olub.
DGK-nın məlumatına əsasən ikinci yeri Fransa tutdu, onun 2014-cü il yanvar ayı üçün əmətəə dövriyyəsi 249 milyon dollar və ya 10,35% olub.
Liderlərin üçlüyündə yer alan növbəti dövlət Almaniyadır.
Onun payı 9,37%, 225,5 milyon dollardır.
Sıradakı yerləri: İndoneziya – 215 milyon dollar (8,94%), Rusiya – 145,6 milyon dollar (6,05%), İsrail – 144 milyon dollar (5,98%), Türkiyə - 135,2 milyon dollar (5,62%), Tayvan – 118,7 milyon dollar (4,93%), Portuqaliya – 117,6 milyon dollar (4,89%), Tailand – 114,5 milyon dollar (4,76%) tutur.
Azərbaycanın xarici əmtəə dövriyyəsində 100 milyon dollar tutan ölkələrin payına 20,2% (və ya 485,9 milyon dollar) düşür.
Gülnarə Zeynalova
www.oxu.az