Kapital Bank ənənələrinə sadiq qalaraq öz müştərilərini növbəti xoş xəbərlə sevindirib.
Oxu.Az xəbər verir ki, Müqəddəs Ramazan bayramı və yeni dərs ili ərəfəsində Kapital Bank avqust ayından etibarən Azərbaycan və Rusiya arasında faizsiz sürətli pul köçürmələrinə başlayır.
Kampaniya avqust ayının 31 -dək davam edəcək.
Avqust ayının birindən Kapital Bankın və onun Rusiyadakı tərəfdaşları “Пробизнесбанк” (bütün Rusiya üzrə 205 filial), “Столичный Кредит” (Moskvada 2 filial) filiallarında “XƏZRİ” pulköçürmə sistemi ilə Azərbaycan və Rusiya arasında edilən köçürmələrə görə müştərilərdən komissiya haqqı alınmayacaq.
Kampaniya barədə, həmçinin “Пробизнесбанк”ın ünvanlarının tam siyahısı ilə Kapital Bankın www.kapitalbank.az saytından, Bankın filial və söbələrindən və 196 nömrəli Müstəri Xidmətindən ətraflı məlumat almaq olar.
Qeyd edək ki, Kapital Bank “XƏZRİ” sürətli pulköçürmə sistemini 2007-ci ildən müştərilərin istifadəsinə verib. “XƏZRİ” hazırda Rusiyadan başqa Ukraynada və Gürcüstanda da tətbiq olunur.