Tikinti şirkətləri arasında aparılan kiçik monitorinq nəticəsində “Alians” şirkətinin Bakı şəhərinin Xətai rayonunda yerləşən tikinti meydançasında olmaq maraqlı idi. Obyekt Bakı buxtasına açılan mənzərədə yerləşir.
“Panorama park” - Gəncə prospekti, 29/30 ünvanında yerləşən yaşayış kompleksidir. Kompleks 10-1 bloklu evlərdən ibarətdir.
İnşasına 2014-ci ildə başlanılan kompleksdə hazırda tikinti işləri son mərtəbələrdə aparılır. Bu miqyaslı tikinti meydançası kompleksi burada rahatlıq tapacaq 1375 ailəni qəbul edəcək.
Kompleksdə olarkən bütün beton işlərini normalara uyğun həyata keçirən, konstruksiyanın möhkəm olması üçün daşın döşənmə işinə nə zaman başlanılmasını nəzərə alan, təqvim planlarına müvafiq işin aparılması və hətta bəzən qrafiki qabaqlayaraq inşaat işinin tam miqyasla aparan “Alians” kimi tikinti şirkətinin olması məni sevindirdi.
Tikintidə məni bütün normativ sənədlərlə və hər bir blok üçün fərdi olan təqvim planları ilə tanış olmağa dəvət etdilər. Bu tikinti sahəsində inşaat işlərinin necə dəqiq aparıldığına, işçilərin təhlükəsizlik normalarına necə riayət etdiklərinə təəccüblənməmək mümkün deyildi.
Tikinti sahəsində olan satış ofislərindən birində alınan mənzillər və müəyyən inşaat işlərinin təhvil müddəti haqqında məlumat əldə etmək mümkündür. Bir sıra digər şirkətlərdə monitorinq zamanı komplekslərin təhvil vaxtı 1-2 ev üzrə mütəmadi olaraq aparılır.
Belə ki, öz evinə köçən müştəri bir müddət digər evlərin tikintisini izləyir. İnşaat işləri zamanı yaranan səs-küy isə ev ilə bir yerdə əldə edilən rahatlıq haqqında düşünməyə vadar edir.
Layihənin direktoru Qəzənfər Hüseynov ilə söhbət zamanı bu kompleksin inşasında istifadə edilən bir sıra yenilikləri öyrəndim, eləcə də vətəndaşlarımızın rahatlığı üçün hər bir xırdalığı nəzərə alan komanda ilə tanış oldum. Şirkət ən müasir texnologiyaların tətbiqi ilə yanaşı, ən keyfiyyətli materiallardan istifadə edir.
Buna Bakı buxtasına açılan pəncərələrin şüşülərini, liftlərini misal olaraq çəkə bilərik. Belə ki, bunlar ən qabaqcıl istehsalçılar olan “Tisson” və “Mitsubishi”yə, daş döşəmə isə konstruksiyanı 8 baldan yuxarı zəlzələyə dayanıqlı edən “Gobustone”ə məxsusdur.
Şirkət fasadda keramik plitələr istifadə edir, bu isə mənzil seçimində heç də axırıncı rol oynamır. Görünüşünü 50 il itirməyən bu plitələr qışda isti, yayda isə sərin qalmaq imkanı yaratması sayəsində kommunal xərclərə 40% qənaət etmək mümkündür.
“Alians” şirkətinin ümumi tikinti rəhbəri həmçinin qeyd edib ki, alıcılar “kupça” ilə də təmin olunacaqlar:
“Binalar təbii qaz ilə təmin olunduqdan sonra mənzil sahiblərinə “kupça” verilir. Müştərilərimiz qarşısında öhdəliklərimizdən biri də binaların təbii qaz ilə təchizatı ilə bağlıdır. Binalar təbii qaz ilə təmin olunduqdan sonra, sözsüz ki, onlara “kupça” da veriləcək”.
Sakinlərə yüksək səviyyədə təmir də təklif edilir. “Alias” şirkətinin dizayn qrupu son yenilikləri nəzərə alaraq, müştərilər tərəfindən alınan mənzillərdə yeni dizaynlar işləyirlər.
Şirkət bu günə qədər inşaat sektorunda heç kimin etmədiyini edir.
Bu kompleksdə mənzil əldə etmək üçün satış ofisinə yaxınlaşmaq kifayətdir. Onların hər zaman sizə təklifi var. Şirkətin apardığı kampaniya və aksiyalar sayəsində respublikamızın hər bir vətəndaşı mənzil ala biləcək.
https://www.facebook.com/alians.baku
Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az