Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"LAW & CLIMATE" adlı beynəlxalq konfrans keçiriləcək
Azərbaycan Hakimlər İttifaqı COP29 ərəfəsində "LAW & CLIMATE" adlı beynəlxalq konfrans keçirəcək.
Bu barədə Oxu.Az-a ittifaqdan məlumat verilib.
Qeyd olunub ki, tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır:
"Konfransda "İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kioto, Doha və Paris əlavələri", "İqlim dəyişikliyi və insan hüquqları: Çağırışlar və hüquqi tənzimlənmə", "İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri", "İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: Beynəlxalq və milli kontekst" və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək. Tədbirdə iqlim dəyişikliyinin hüquqi tənzimlənməsi sahəsində tanınmış beynəlxalq ekspertlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə müxtəlif ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən hakimlərin, alimlərin və digər hüquqşünasların iştirakı nəzərdə tutulur".
"COP29" teqi üzrə xəbərlər
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib
- Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
- MAMA "Ana təbiət" beynəlxalq insəcənət layihəsi Bəhreyndə təqdim edilib
- Bəhreyn Krallığının vəliəhdi və baş naziri Leyla Əliyevanı qəbul edib
- Yeni kaledoniyalı jurnalist: "Azərbaycanla əməkdaşlıq edərək mətbuat azadlığını öyrənmək istəyirik"