Dünya bazarında dolların manata olan məzənnəsində durğunluq qeydə alınıb. Uzun müddət davam edən dolların bahalaşması tendensiyası dayanıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu göstərici qlobal bazar üzrə bugünkü cədvəldə öz əksini tapıb.
Həmçinin neftin qiymətində qeydə alınan artımlar İran amili fonunda düşməyə başlayıb. Hazırda qlobal birjalarda neft 55,72 dollara satılır. S&P 500 indeksi isə bu gün yenidən ucuzlaşıb və düşmə tendensiyası 0,2% olub. Hazırda 2292,56 dollarla ticarət olunur.
Qızılın qiymətində artım isə 0,9% təşkil edir və hazırda qızıl 1232,1 dollara qədər bahalaşıb. Dollar rubla nisbətdə ucuzlaşmaqda davam edir. Bugünkü düşmə 0,9% təşkil edir. Eyni zamanda avro da dollara nisbətdə 0,07% düşüb.
U.A.
www.oxu.az