Bu ilin martında manatın xarici valyutalara nisbətdə orta məzənnəsi açıqlanıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,60 manata (ilin əvvəlindən 1,59 manata), 1 avroya nisbətdə orta məzənnəsi 1,79 manat (1,75), 100 Rusiya rubluna nisbətdə isə 2,28 manata (2,12) bərabər olub.