Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracı vasitəsilə cəlb etmək istədiyi vəsaitin həcmini 50% artırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report AMB-yə istinadən xəbər verir.
Belə ki, qurum bu gün keçirəcəyi depozit hərracında 300 mln. manat vəsait cəlb etmək niyyətindədir.
Halbuki, bu rəqəm martın 17-də keçirilmiş son hərracda 200 mln. manat olub.
AMB-nin depozit hədəfinə yenidən baxması son hərracda tələbin təklifdən 37,5% çox – 275 mln. manat olması ilə bağlıdır.
U.A.
www.oxu.az