Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq, cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edib.
AMB-nin İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılıb və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.
L.Ə.