Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını 50100359S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Palatadan Oxu.Az-a verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 100 manat olan 2,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışını nəzərdə tutur.
Qiymətli kağızların tədavül müddəti 28 gündür.
L.Ə.