Azərbaycan Mərkəzi Bankı (AMB) indiyə qədər keçirdiyi depozit hərraclarında kommersiya banklarından 555 milyon manat vəsait cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Report” AMB-yə istinadən xəbər verir.
Qurumun açıqladığı məlumatlar göstərir ki, bankların depozit hərraclarına marağı getdikcə azalır.
Belə ki, sentyabrda cəlb olunmuş vəsaitlərin məbləği 109 milyon manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 19,3% azdır. Avqustda isə AMB depozit hərraclarından 135 milyon manat cəlb edə bilib ki, bu da iyul ayına nisbətən 25,8% azdır.
AMB-nin iyunda keçirdiyi ilk və yeganə depozit hərracı isə quruma 129 milyon manat vəsait gətirib.
15:59
Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 44 milyon manat olub.
Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% təşkil edib.
Qeyd edək ki, Mərkəzi Bank hərrac vasitəsilə 50 milyon manat cəlb etməyi nəzərdə tuturdu.
U.A.
www.oxu.az