Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi azalmaqda davam edir.
Oxu.Az bu barədə AMB-ə istinadən xəbər verir.
2016-cı il iyul ayının 29-a rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 162,9 milyon dollar təşkil edib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 milyard 338,6 milyon dollar və ya 51% azdır.
İyun ayı ilə müqayisədə ötən ay valyuta ehtiyatları 121 milyon manat və ya 2,8% azalıb.

Ülviyyə R. Əli
www.oxu.az