Azərbaycan və Belarus ticarət, sərmayə, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə edib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk arasında keçirilən görüşdə aparlıb.
Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən birgə tədbirlər, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verib. Bildirilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 29 %-ə yaxın artıb.
Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.
Həmçinin, tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrasını da müzakirə ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri "X" hesabında paylaşım edib:
"Azərbaycan-Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə etdik".
Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşdük. #Azərbaycan - #Belarus əlaqələrinin gücləndirilməsi istiqamətində imzalanmış sənədlərin icrasını, #ticarət, #investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini və birgə istehsal… pic.twitter.com/6xFJJy0g0R
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 3, 2024