İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat yayıb:
"Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.
ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq".
🇦🇿🇺🇸 Azərbaycan və ABŞ arasında #iqtisadi-ticarət, #enerji, #investisiya, #nəqliyyat-tranzit, #sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.#ABŞ-nin #Azərbaycan Respublikasındakı Səfirliyinin (@USEmbassyBaku) müvəqqəti işlər vəkili xanım Emi… pic.twitter.com/CqKrsKWhj3
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 5, 2025