Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Konstantin Limitovski ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkəmizin Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda yaşıl enerjinin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru ilə görüşüb.
O bu barədə özünün "X" hesabında paylaşım edib.
Nazir Konstantin Limitovski ilə görüşməyin xoş olduğunu deyib:
"İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq".
Asiya İnfrastruktur İnvestisiya Bankının (@AIIB_Official) baş #investisiya direktoru Konstantin Limitovski ilə görüşmək xoş oldu. İnfrastruktur, #enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 15, 2025
Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin… pic.twitter.com/OvRxWkanmR
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Oman şirkəti ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
- Nazir: "Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi ilə ixrac olunan məhsulların həcmi artıb"
- DİF və İqtisadiyyat Nazirliyi arasında Akselerator Platforması ilə bağlı Niyyət Məktubu imzalanıb