Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin nəqliyyat naziri Martin Kupka ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:
"Görüşdə nəqliyyat və tranzit sahələrində əməkdaşlıq, infrastrukturun təkmilləşdirilməsi layihələri barədə danışdıq. İnnovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə etdik".
Çex Respublikasına səfərimiz çərçivəsində bu ölkənin nəqliyyat naziri Martin Kupka (@makupka) ilə görüşdə #nəqliyyat və #tranzit sahələrində əməkdaşlıq, infrastrukturun təkmilləşdirilməsi layihələri barədə danışdıq. İnnovativ ekosistem, kosmik #sənaye və #startap-lar üzrə irəli… pic.twitter.com/YWdQMqAdfh
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 22, 2025