İqtisadiyyat naziri Mikayıl Cabbarov 20 Sentyabr - Neftçilər Günü ilə bağlı neftçiləri təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Azərbaycanın regional enerji təminatçısı kimi çıxış etməsində və mühüm strateji layihələri uğurla reallaşdırmasında göstərdiyiniz əzmkar fəaliyyət yüksək qiymətə layiqdir. Enerji sektorunun inkişafına verdiyiniz əhəmiyyətli töhfələrə görə hər birinizə təşəkkür edir, sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!", - nazir paylaşımında qeyd edib.
Əziz neftçilər, #peşəbayramı-nızı təbrik edirik! #Azərbaycan-ın regional enerji təminatçısı kimi çıxış etməsində və mühüm strateji layihələri uğurla reallaşdırmasında göstərdiyiniz əzmkar fəaliyyət yüksək qiymətə layiqdir. #Enerji sektorunun inkişafına verdiyiniz əhəmiyyətli… pic.twitter.com/sqQZj8kDvv
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2025