İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın QDTİB ilə əməkdaşlığının uğurlu inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, Bankın ölkəmizdə həyata keçirdiyi fəaliyyət və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Azərbaycanın özəl bankları ilə əməkdaşlığı biznes mühitinin inkişafına, sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorunda investisiya imkanlarının artırılmasına mühüm töhfə verir.
Tərəflər QDTİB-in Azərbaycanda planlaşdırılan potensial layihələrdə iştirak perspektivlərini müzakirə ediblər. Azərbaycanın iqtisadi inkişaf prioritetləri, strateji infrastruktur layihələri və özəl sektorun maliyyələşmə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bununla bağlı paylaşımı özünün "X" profilində edib:
"QDTİB ilə Azərbaycanın özəl bank sektoru arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın dəstəklənməsi və biznesin inkişafının stimullaşdırılması baxımından əhəmiyyətini vurğuladıq. Bankın dövlət-özəl tərəfdaşlıq layihələri də daxil olmaqla Azərbaycanda həyata keçiriləcək digər təşəbbüslərdə iştirak potensialını və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik".
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) (@BSTDB) prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. QDTİB ilə #Azərbaycan-ın özəl #bank sektoru arasında əməkdaşlığın dərinləşdirilməsinin sahibkarlığın dəstəklənməsi və #biznes-in inkişafının… pic.twitter.com/b2XCWs9hoy
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 10, 2025