Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 644,4 milyon manatlıq xidmət göstərib ki, onun da 71,9%-i əhali tərəfindən istehlak olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib.
2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,1% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 50,1%-i və ya 323,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Ülviyyə R. Əli
www.oxu.az