Naxçıvanda hərrac keçiriləcək.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Auksion Mərkəzində keçiriləcək hərraca bir sıra məhsullar çıxarılacaq.
“VERTU” markalı mobil telefonun start qiyməti hərracda 8500 manat müəyyən edilib. Həmin gün 6 qol saatı da hərrac yolu ilə satışa çıxarılacaq.
Onların start qiymətləri müxtəlifdir. Ümumilikdə, 6 qol saatının ilkin satış qiyməti 9400 manatdır. Həmçinin hərrac günü 6 qızıl sikkə də satışa çıxarılacaq. 6 qızıl sikkənin ilkin qiyməti 17 min manatdan çoxdur.
U.A.
www.oxu.az