Bu gün deyə bilərəm ki son 10-15 ildə vəziyyət köklü surətdə dəyişib. İndi hər birimiz vəzifədən başqa, bir Azərbaycan vətəndaşı kimi fəxr edirik ki, həm Bakıda, həm əyalətlərimizdə, regionlarımızın hər yerində yeni məktəblər, tibb ocaqları, tədris müəssisələri, yollar çəkilir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri AZTV-yə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib:
“Konkret bir göstəricini vətəndaşlarıızın diqqətinə çatdırmaq istəyirəm. İl ərzində 70-80 min avtomaşın vətəndaşlarımız tərəfinən alınır. Son 10 ildə Azərbaycan vətəndaşı 730 min maşın alıb. Dinamikaya da fikir vemişəm ki, 2003-dən 2008-ə qədər qiyməti 10 min manata qədər olan maşınlar üstünlük təşkil edib.
Lakin 2009-dan bu yana daha bahalı, qiyəti 10 mindən yuxarı maşınlar təşkil edib. Bəzən deyirlər ki, bütün bunlar məmurlar, oliqarxların maşınlarıdır. Reallıqla götürsək bunun 10 min 20 mini varlı adamların olsun. Bəs qalanları kimindir? Yeddi yüz min Azərbaycan vətəndaşı maşın sahibi olub. Buna da sevinmək lazımdır”.