Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazir: “Üç il ərzində sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib” - FOTO
“Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından üç il ötür”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.
O bildirib ki, bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb.
“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, - deyə nazir qeyd edir.
Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin (@economiczones) yaradılmasından 3 il ötür. Bu müddət ərzində Agentliyin idarəçiliyində olan #sənayezonaları-nda #investisiya həcmi 750 milyon ₼ olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə… pic.twitter.com/k2tUubMLtK
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 22, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Mikayıl Cabbarovdan FHN işçilərinin peşə bayramı münasibətilə təbrik
- Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb