Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəli elan olunub.
Oxu.Az AzərTAc-a istinadən həmin siyahını təqdim edir:
Elman Mehdiyev, Dövlət Sosial Müdafiə Fondunun sədri - 2 iyun, Qax rayonunda vətəndaşları qəbul edəcək;
Oqtay Şirəliyev, Səhiyyə naziri - 16 iyun, İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək;
Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - 18 iyun, Lerik rayonunda vətəndaşları qəbul edəcək;
Zakir Qaralov, Baş prokuror - 19 iyun, Masallı rayonunda vətəndaşları qəbul edəcək;
Hüseynqulu Bağırov, Ekologiya və təbii sərvətlər naziri - 19 iyun, Zaqatala rayonunda vətəndaşları qəbul edəcək;
Fikrət Məmmədov, Ədliyyə naziri - 19 iyun, İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək;
Şahin Mustafayev, İqtisadiyyat və sənaye naziri - 19 iyun, Şamaxı rayonunda vətəndaşları qəbul edəcək;
Heydər Əsədov, Kənd Təsərrüfatı naziri - 19 iyun, İmişli rayonunda vətəndaşları qəbul edəcək;
Ziya Məmmədov, Nəqliyyat naziri - 19 iyun, Şəmkir rayonunda vətəndaşları qəbul edəcək;
Əli Abbasov, Rabitə və yüksək texnologiyalar naziri - 19 iyun, Yevlax şəhərində vətəndaşları qəbul edəcək;
Hicran Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - 19 iyun, Zərdab rayonunda vətəndaşları qəbul edəcək;
Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - 19 iyun, Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək;
Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri - 19 iyun, Yardımlı rayonunda vətəndaşları qəbul edəcək.
Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - 23 iyun, Tovuz rayonunda vətəndaşları qəbul edəcək;
Əbülfəs Qarayev, Mədəniyyət və turizm naziri - 24 iyun, Neftçala rayonunda vətəndaşları qəbul edəcək;
Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri - 24 iyun, Qazax rayonunda vətəndaşları qəbul edəcək;
Səlim Müslümov, Əmək və əhalinin sosial müdafiəsi naziri - 25 iyun, Qəbələ rayonunda vətəndaşları qəbul edəcək;
Ramil Usubov, Daxili işlər naziri - 27 iyun, Quba rayonunda vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov, Fövqəladə hallar naziri - 30 iyun, Göyçay rayonunda vətəndaşları qəbul edəcək;
Mikayıl Cabbarov, Təhsil naziri - 30 iyun, Göygöl rayonunda vətəndaşları qəbul edəcək;
Fazil Məmmədov, Vergilər naziri - 30 iyun, Xızı rayonunda vətəndaşları qəbul edəcək;