Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Oxu.Az xəbər verir ki, bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.
N.Həsənov deyib ki, hələlik qiymət artımı gözlənilmir.
Qeyd edək ki, Azərbaycanda bu gündən Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.