2015-ci ildə Vergi orqanlarına 8 189 müraciət daxil olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2% çoxdur.
Bu barədə Oxu.Az-a Vergilər Nazirliyindən məlumat verilib.
“Müraciətlərdən 97,5%-i ərizə, 2,3%-i şikayət, 0,2%-i təklif olub, 25 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Ümumilikdə müraciətlərin 55,7%-i tam, 0,4%-i qismən müsbət həll olunub, 13,6%-i barədə müvafiq izahatlar verilib”- deyə, nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, yanvar ayı ərzində nazirliyin aparatına 860 müraciət daxil olub və 88 vətəndaş nazirliyə qəbul olunaraq, onlara müvafiq köməklik göstərilib.