Dünya birjalarında neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,00 dollar artaraq 44,20 dollar olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar yüksəlib. Nəticədə 46,95 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan nefti də bahalaşmaqda davam edir. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,24 dollar və ya 0,51% artaraq 47,69 dollar təşkil edib.
L.Ə.