Gələn il üçün Dövlət Neft Fondunun (ARDNF) xərcləri Fondun büdcəsi ilə bağlı ilkin proqnoza nisbətən azaldılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib ki, gələn il üçün ARDNF-nin xərcləri 1,879 mlrd. manat azaldılıb.
Nazir əlavə edib ki, Fondun 2018-ci ildə gəlirlərinin 883 mln. manat artırılması nəzərdə tutulub.
L.Ə.