Dövlət Neft Fondu (SOFAZ) ölkədə keçirilən valyuta hərracları ilə bağlı məlumat yayıb.
Oxu.Az-a SOFAZ-dan verilən məlumata görə, fond tərəfindən valyuta hərraclarında 2017-ci ilin yanvar ayı ərzində 285 milyon dollar məbləğində vəsait satılıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan Mərkəzi Bankında valyuta hərracı yanvarın 31-də keçirilib. Neft Fondunun da iştirakı ilə keçirilmiş hərracda manatın orta çəkili məzənnəsi 1,9200 səviyyəsində formalaşıb.
U.A.
www.oxu.az