İyun ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin məbləği açıqlanıb.
Oxu.Az fonda istinadən bildirir ki, ötən ay valyuta hərraclarında 373,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Hansı ki may ayında bu rəqəm 300,3 milyon dollar təşkil edirdi. 2016-cı ildə isə keçirilən valyuta hərraclarında fond 4,9 mlrd. dollar satmışdı. Bu da 2015-ci illə müqayisədə 37,5% az idi.
L.Ə.