Dekabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,2 faiz azalaraq 1 barelə görə 97,36 dollar təşkil edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dekabrın 11-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar və ya 0,3 faiz artaraq 109,70 dollar olub.