Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0.93% azalaraq 38.31 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 1.11% ucuzlaşaraq 36.38 dollar təşkil edib.