Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,20% azalaraq 56,13 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06% ucuzlaşaraq 53,75 dollar təşkil edib.
“Brent” markalı xam neftin bir barelinin qiyməti 2018-ci ildən tədricən bahalaşacaq.
Fins.az Enerji İnformasiya Administrasiyasına istinadən isə xəbər verir ki, bu ilin yanvar ayında bir bareli 54 dollar olan “Brent” tədricən bahalaşaraq dekabrda təxminən 59 dollar olacaq.
İllik göstəricidə isə “Brent”in orta qiyməti 56 dollar/barrel təşkil edəcək.
Administrasiyanın proqnozuna görə, xam neft ehtiyatlarının azalmasının təsiri ilə “Brent” markalı neftin qiyməti gələn ildən tədricən bahalaşmağa başlayacaq.
U.A.
www.oxu.az