Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftinin dekabr fyuçerslərinin qiyməti 1,32% artaraq bir barelə görə 47,48 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 1,25% bahalaşaraq 46,26 dollara satılıb.
U.A.
www.oxu.az