ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 4% artaraq 59,03 dollar olub.
Oxu.Az bu barədə hərracların son nəticələrinə istinadən xəbər verir.
Sonuncu dəfə Şimal dəniz neft qatışığının qiyməti 13 iyul 2015-ci il tarixində bir barelə görə 59 dollar səviyyəsində olub.
21:29
Dünya bazarlarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir.
Oxu.Az-ın məlumatına görə, sentyabrın 25-də keçirilən hərraclarda Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,5% artaraq yanvar ayının 3-dən ilk dəfə bir barelə görə 58,28 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin bir barelinin qiyməti 1,99% bahalaşaraq 51,67 dollara satılıb.
S.B.
www.oxu.az