İctimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə bu ayın sonuna qədər 1000 ədəd avtobusda xüsusi avadanlıqların quraşdırılması başa çatdırılacaq və sentyabr ayından bu sistemə keçidə başlanılacaq.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
Nazir bildirib ki, 6 ay ərzində paytaxta 340 yeni sərnişin avtobusları gətirilərək istismara verilib.
Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilib.
Onun sözlərinə görə, son 5 il ərzində paytaxta 3471 yeni iri və orta tutumlu avtobuslar və 1000 “London-Taksi”ləri olmaqla 1850 yeni taksi minik avtomobilləri gətirilib.