“Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün qarşıya mühüm məqsədlər qoyulub və bu istiqamətdə çox ciddi qərarlar qəbul olunur”.
Oxu.Az xəbər verir ki, bunu bu gün “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, müasir dövrdə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da rəqəmsal iqtisadiyyatın inkişafı əhəmiyyətlidir:
“Rəqəmsal iqtisadiyyatın inkişafı müasir iqtisadi sahələrin ən azı 50%-ni ciddi dəyişikliyə məruz qoyur”.
Könül Cəfərli