Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda” təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 10 iyul 2012-ci il tarixli qərarı ləğv edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Ən çox oxunanlar